“Düşünürəm ki, bu kədərli məqamdı. Adının mənə qoyulduğu adam, əfsanə mənə qarşı çıxış etməli, sonra isə məğlubiyyətlə barışmalı olacaq. Düşünürəm ki, o, rinqin mənə aid küncündə olmalıdı, daha rəqibin küncündə yox. Ancaq biznes biznesdi. Maykın Nqannuya nə öyrətməsi önəmli deyil. Üzünə zərbə alana qədər hər kəsin öz planı olur. Bunu dəqiq kimin dediyini xatırlamıram, ancaq gerçəyi deyib. Dişi tökülənə qədər hər kəsin öz planı var”.
Bir daha xatırladaq ki, Füri ilə Nqannu oktyabrın 28-də Ər-Riyadda döyüşəcək, ortaya WBC titulu qoyulmayacaq.






