“Usik həqiqətən bu döyüşü istəyirsə, onda biz növbəti döyüşdə qarşılaşa bilərik. Ancaq bir şərtlə ki, mən Çisoraya qalib gəlim və işlər qaydasında getsin. Çox güman, Usiklə döyüş Səudiyyə Ərəbistanında keçiriləcək. Orda döyüşərəm, sonra da Böyük Britaniyaya qayıdaram”.
Xatırladaq ki, Füri – Çisora döyüşü dekabrın 3-də Londonda - “Tottenhem”in stadionunda keçiriləcək. Döyüş superağır çəki dərəcəsində WBC titulu uğruna olacaq.

