Almaniya yığmasının sabiq müdafiəçisi Per Mertezaker Almaniya Futbol İttifaqında (AFİ) mühüm vəzifəyə təyin olunub.
"Football-plus.az" xəbər verir ki, məşhur futbol funksioneri 2027-ci il yanvarın 1-dən AFİ-də idman direktoru vəzifəsinin icrasına başlayacaq. O, ilin sonunda vəzifəsini tərk edəcək Andreas Rettiqi əvəzləyəcək.
41 yaşlı Mertezakerin AFİ ilə 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzaladığı bildirilir. O, son illər İngiltərənin “Arsenal” klubunun akademiyasına rəhbərlik edib, sonra isə televiziya eksperti kimi fəaliyyət göstərib.
Mertezaker futbolçu karyerası ərzində Almaniya yığmasında 104 oyun keçirib və 2014-cü ildə dünya çempionu olub.