Tayson Məhəmməd Əli ilə şəklini paylaşdı

28.07.2023 15:57 273
Maraqlı
Superağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson (50-6) sosial şəbəkədə tarixin ən nəhəng boksçularından biri Məhəmməd Əli (56-5) ilə olan şəklini paylaşaraq belə yazıb:

“Ən sevimli fotolarımdam biri. Mən və dahi”.


"Football-plus.az" xəbər verir ki, Tayson əvvəllər də Əlini tarixin ən dahi boksçusu saydığını bildirib.

Bu arada ağır çəkidə sabiq UFC çempionu Fransis Nqannu (17-3) WBC versiyası üzrə superağır çəkidə çempion Tayson Füri (33-0) ilə döyüş ərəfəsində faydalı məsləhətlər almaq üçün Taysonla əlaqə saxlayacağını bəyan edib:

“Mayk Taysondan məsləhət almaq və ya onunla məşq keçmək yaxşı olardı. Lennoks Lüislə bağlı da düşünürəm. Onun boks üslubu xoşuma gəlir, çox sadə, ancaq dəqiq və effektlidi. Bir-iki, bax belə. Klassikadı, ancaq keyfiyyətlidi. Odu ki, bu iki şəxsdən biri ilə mütləq əlaqə saxlayacam”.


Tayson da ESPN-ə müsahibəsində Nqannunun təklifinə münasibət bildirib:

“Məsləhət vermək istəyərdim, yaxşı olardı. Nqannu Füriyə qalib gələ bilərmi? Düşünürəm ki, hər şey mümkündü. Nqannunun güclü zərbələri var”.


Füri ilə Nqannu oktyabrın 28-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda döyüşəcəklər. 10 raundluq döyüş WBC titulu uğrunda olmayacaq.