Football-plus.az xəbər verir ki, Fürinin xanımı Peris də son döyüşə bağlı müsahibə verib.
- Taysonun növbəti döyüşünün kimlə olmasını istəyirsiz: Usik, Coys, yoxsa Coşua ilə?
- Aleksandr Usiklə. Hesab edirəm ki, Tayson mütləq dünya çempionu titulu uğrunda döyüşməyi haqq edib. Coysla görüş boks fanatları, Coşua ilə döyüş isə britaniyalı fanatlar üçündü.
- Bir döyüş seçməli olsaz?
- Yalnız Usiki seçərdim ki, Tayson mütləq çempion olsun.
- Düşünürsüz ki, biz Taysonla Coşuanın döyüşünü görəcəyik?
- Şəxsən mən belə düşünmürəm. Heç vaxt bu döyüşün baş tutacağına inanmamışam. Hələ də belə hesab edirəm ki, onlar rinqdə üz-üzə gəlməyəcəklər.
Bu arada “Matchroom Boxing” promouter şirkətini rəhbəri Eddi Hirn də dünyanın həvəslə gözlədiyi Füri – Usik döyüşü haqda danışıb. Onun fikrincə, bu döyüşü təşkil etmək asandı:
“Yaxın Şərqdə bu döyüşə görə böyük pullar təklif edərlər, hesab edirəm ki, döyüş baş tutmalıdı. Ortada titul olacaq. Səudiyyə Ərəbistanı mütləq dünya çempionu titulu uğrunda döyüşün təşkilində maraqlıdı. Ancaq bu döyüşün təşkili üçün bəzi məsəsələrin həllini tapması lazımdı ki, ərəblərin bunun öhdəsindən gələcəyinə əminəm”.
Xatırladaq ki, Füri dekabrın 3-dən Londonda keçirilən döyüşdə Çisoraya texniki nokautla qalib gəlib. WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu Usik isə avqustun 20-də Səudiyyə Ərəbistanında keçirdiyi döyüşdə Entoni Coşuanı hakimlərin qərarı əsasında məğlub edib.



