Matteys de Liqt “Bavariya”dakı durumundan narazıdı.
"Football-plus.az" xəbər verir ki, niderlandlı müdafiəçi əsas heyətdəki yerini itirməsinin səbəbini bilmir. O, bununla bağlı fikrini belə dilə gətirib:
“Nə üçün ilk dəqiqələrdən oynamıram? Heç cür anlaya bilmirəm. Siz jurnalistlər bunun səbəbini baş məqşçidən soruşmalısınız. Mən çalışdırıcının istəyini yerinə yetirirəm. Buna görə də son iki matçda 1 və 6 dəqiqə meydanda olmuşam. Görə biləcəyim yeganə iş meydanda top qovmaqdı. Qalan bütün məsələlər məşqçinin qərarlarından asılıdı”.