• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də

Ölkə futbolu / Aktual

29-06-2026, 16:0

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında mövsümün necə yekunlaşmasından xəbərdarsız. “Şəfa” gərgin mübarizə sonucunda Misli premyer-liqasına yüksəldi, “Difai” isə aşağı – 2-ci dəstəyə yuvarlandı. Bu klubları kimlərin əvəzləyəcəyi də aydındı. Elitada uğursuzluğa düçar olan “Karvan-Yevlax” 1-ci liqaya qayıtdı. Bir də “Xankəndi” 2-ci liqanın qalibi kimi daha yuxarı divizionda mübarizə aparmaq hüququ qazandı.

Elita klublarında nələrin yaşandığı ilə bağlı müntəzəm yazırıq. Bəs 1-ci liqada son bir ayda əsasən hansı hadisələr baş verib?

“Mingəçevir”. “Qəbələ”yə pley-offda uduzmaqla elitaya dönə bilməyən, böyük məyusluq yaşayan "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun müqavilə müddəti başa çatıb. Klubun onunla yola davam edib-etməyəcəyi həftəsonu keçiriləcək iclasda müəyyənləşəcək. “Mingəçevir” hazırda maliyyə problemi yaşamır, çox güman, Ramiz bəy növbətə dəfə elitaya vəsiqə qazanmağa çalışacaq.

“Səbail”. Mövsüm bitəndən sonra klubun satılacağı və hətta bundan sonra Qubanı təmsil edəcəyi ilə bağlı söz-söhbət yayıldı. Həqiqətən də iyunun 17-dən kluba gənc iş adamı Mirzə Bayrampur rəhbərlik edir. Ertəsi “dənizçilər” baş məşqçi Adil Şükürovla yolları ayırdı, bu posta Elnur Abdullayev gətirildi. “Səbail” dünən təcrübəli qapıçı Mehdi Cənnətov ilə heyətini gücləndirib. Odu ki, Rəşad Əzizlinin gedişi anlaşılandı. Təcrübəli qolkiperlə başa çatan müqavilə yenilənməyib. Yeni baş məşqçi Elnur Abdullayev futbolçunun komandada qalmasına ehtiyac duymayıb və tərəflər yolları ayırıb.

Xatırladaq ki, 32 yaşlı qapıçı 2025-ci ilin yayından etibarən Bayıl təmsilçisinin formasını geyirdi.

“Dənizçilər” sonuncu dəfə MOİK-də çıxış etmiş Zeynəddin Abdurahmanovla da “1+1” illik müqavilə imzalayıb. “Səbail”in yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 millisinin heyətində dörd oyun keçirib.

“Baku Sportinq”. Mayın 31-də baş məşqçi Röyal Nəcəfov ilə yollar ayrılıb. İyunun 10-da onun postunu Samir Ələkbərov tutub. Heyətdəki dəyişikliklərlə bağlı yenilik yoxdu.

“Şahdağ Qusar”. Mayın 26-da məşqçi korpusu ilə yollar ayrılıb. Babək Allahverdiyev, Elnur Abdullayev və Əlimirza Daşzəriniyə fəaliyyətləri üçün təşəkkür edilib. İyunun 3-də klubun idman direktoru vəzifəsinə Məhəmməd Bədəlbəyli gətirilib. Ayın 8-də boş qalan baş məşqçi postunu Fizuli Məmmədov tutub. Rafael Əmirbəyov və Əzəmət Ələkbərli köməkçi məşqçi, Rauf Mehdiyev qapıçı məşqçi vəzifəsinə təyin olunub. Müşfiq Nadirov, Famil Camalov, Aqostinyo Çipesse, Seymur Əliyev ilə müqavilənin müddəti bir il uzadılıb. “Baku Sportinq”dən 25 yaşlı Elməddin Sultanov, “Şəfa”dan 30 yaşlı Urfan İsmayılov və 28 yaşlı Vüqar Həsənov 1+1, “Şamaxı”dan 20 yaşlı Ravil Qafarov 1, “Səbail”dən 21 yaşlı Fəxri Məmmədli 1, “Ordu”dan 23 yaşlı Gülağa Əsədov və 23 yaşlı Mehrac Baxşalı 1, "Sabah"dan Seymur Məmmədov 1+1 illik transfer edilib. Çingiz Abbasov klubun meneceri vəzifəsinə təyin olunub.

“Xankəndi”. 2-ci liqada çempion olan klub 1-ci liqaya vəsiqə qazanıb. İyunun 13-də növbəti mövsümdə 1-ci liqada iştirak üçün AFFA-dan lisenziya alıb. “Xankəndi”nin məşqçilər korpusunda da dəyişiklik baş verib. Baş məşqçinin köməkçisi Ceyhun Cavadovla qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib. İyunun 24-də isə Elşad Manafov, Elməddin Hüseynzadə və Pərviz Qaraxanov ilə yollar ayrılıb.

“Karvan-Yevlax”. Premyer-liqada uğursuzluğa düçar olan komandada kütləvi ayrılıq baş verib. Baş məşqçi Fizuli Məmmədovla yollar ayrılıb. Komanda bir çox oyunçuları ilə də vidalaşıb. Kayl Spens, Pedro Mateuş, Qavi Thompson, Coy-Sleyd Mikels, Mois Nqvisani, Olavale Doyeni, İmani Barker, Emin Rüstəmov, Şakil Sno, Samuel Durrant yola salınıb. Yeni transfer xəbəri yoxdu.

MOİK və “Cəbrayıl” ilə bağlı yenilik yoxdu, “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov klubun gələcəyi ilə bağlı narahatdı, yenə maliyyə problemi hökm sürür. Pley-off matçında “Qaradağ Lökbatan”ı məğlub edərək 1-ci liqadakı yerini qoruya bilən “Şimal”ın düşərgəsində hələ eyforiya ab-havası var.

İSRAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-06-2026, 00:0

Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək

1-ci liqa

5-05-2026, 22:0

Qusar Mingəçeviri şoka saldı

Aktual / Ölkə futbolu

17-05-2026, 17:0

“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?

Ölkə futbolu / Aktual

19-04-2026, 14:0

Çempion bəllidi, 2-ci yerə iki namizəd var

Ölkə futbolu / Manşet

6-05-2026, 22:0

"Şəfa" çempion ola bilmədi, "Səbail" böyük hesabla qalib gəldi - YENİLƏNİB

Aktual / Ölkə futbolu

25-05-2026, 09:0

“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə