Dünya çempionatında yeni rekord

30.06.2026 12:00 7
Dünya futbolu
Hazırda davam edən dünya çempionatı məhsuldarlıq baxımından mundialların tarixinə düşüb.

"Football-plus.az" xəbər verir ki, Turnirdə indiyədək 173 qol vurulub. Bununla da DÇ-2026 ən məhsuldar dünya çempionatı olub. Əvvəlki rekord 2022-ci ildə Qətərdə keçirilən mundialda qeydə alınmışdı. Həmin turnirdə komandalar ümumilikdə 172 dəfə qapıya yol tapmışdılar.

DÇ-2026-nın qrup mərhələsində daha bir neçə oyun keçirilməlidi. Bu isə qol sayının daha da artacağını göstərir.