68 ildən sonra ən məhsuldar çıxış

30.06.2026 13:56 10
Dünya futbolu
Fransa yığması DÇ-2026-nın qrup mərhələsini məhsuldar nəticə ilə başa vurub.

"Football-plus.az" xəbər verir ki, sonuncu turda Norveçə 4:1 hesabı ilə qalib gələn fransızlar qrupdakı qollarının sayını 10-a çatdırıblar. Bu, Fransanın 1958-ci ildən sonra dünya çempionatlarının qrup mərhələsində göstərdiyi ən məhsuldar nəticə olub. Həmin turnirdə komanda hesabına 11 qol yazdırmışdı.

Qeyd edək ki, Fransa yığması 1/16 finalda İsveçlə qarşılaşacaq.