Asim Xudiyevə yeni mövsümün ilk təyinatı

30.06.2026 14:09 11
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan 2026/2027-ci illər mövsümü üçün ilk təyinatı alıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Almati şəhərində yerləşən “Ortalik” stadionunda baş tutacaq.