De Liqt "Yuventus"da təəccüblənib

31.07.2022 19:38 337
Dünya futbolu
"Bavariya"nın yeni futbolçusu Matteys de Liqt karyerası ilə bağlı maraqlı açıqlama verib.

Football-plus.az “Football İtalia”ya istinadən xəbər verir ki, niderlandlı müdafiəçi əvvəlki klubu “Yuventus”un daha çox hücum futbolu oynayacağını gözləyirmiş:

“Bura hücum futbolu oynamaq fikri ilə gəlmişəm. Turində də “Ayaks”dakı oyun üslubunun olacağını gözləyirdim”.


22 yaşlı müdafiəçi ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 42 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.