"Qəbələ" konqolu futbolçu transfer etdi

30.06.2026 15:40 13
Ölkə futbolu
“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə "1+1" illik müqavilə bağlanıb.

25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.

Monzanqo buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarında çıxış edib.

"Qəbələ" ötən gün kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabenanın transferini də açıqlamışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul