İspaniya klubunda yeni təyinat

6.07.2026 13:27 23
Dünya futbolu
“Jirona”nın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, Kike Alvareslə 1 illik müqavilə imzalanıb. Alvares bu təyinata qədər “Jirona”nın B komandasını çalışdırıb. O, daha əvvəl “Barselona” akademiyasında, həmçinin “Vilyarreal”, “Alaves” və “Levante” klublarında köməkçi məşqçi kimi işləyib.

“Jirona” ötən mövsümün nəticələrinə əsasən La Liqanı tərk edib. Komanda yeni mövsümdə 2-ci divizionda çıxış edəcək.