“Latsio”nun yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Roma klubuna Cennaro Qattuzo təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qattuzonun əvvəlki iş yeri İtaliya yığması olub. O, martda milli komandanı dünya çempionatının final mərhələsinə çıxara bilmədiyi üçün istefaya göndərilib. Qattuzo əvvəllər “Hayduk”, “Marsel”, “Napoli” və “Milan”ı da çalışdırıb.
Xatırladaq ki, “Latsio” ötən mövsüm A seriyasında 9-cu yeri tutub və avrokuboklara vəsiqə qazana biməyib.