Portuqaliya yığmasının oyunçuları təqdirəlayiq addımı ilə diqqəti cəlb ediblər.
"Football-plus.az" xəbər verir ki, milli futbolçular DÇ-2026-da növbəti oyundan əvvəlki son məşq zamanı Venesuelada baş verən zəlzələ nəticəsində həyatını itirən adamların xatirəsini yad ediblər. Kriştiano Ronaldo və komanda yoldaşları məşqdən əvvəl birdəqiqəlik sükutla faciə qurbanlarını anıblar. Portuqaliya millisinin futbolçuları bu addımla Venesuela xalqına dəstəklərini ifadə ediblər.
Son məlumata görə, Cənubi Amerika ölkəsində zəlzələ qurbanlarının sayı 900 nəfəri ötüb.