Madriddən Londona üz tutacaq

5.07.2026 14:27 14
Dünya futbolu
“Real”ın sabiq baş məşqçisi Alvaro Arbeloanın yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis bundan sonra “Fulhem”i çalışdıracaq. London təmsilçisi ilə Arbeloa arasında danışıqlar yekun mərhələyə çatıb. Tərəflər 3 illik müqavilə imzalayacaqlar. Arbeloa baş məşqçi vəzifəsində portuqaliyalı Marko Silvanı əvəzləyəcək.

Xatırladaq ki, Arbeloa “Real”dan iyunun 9-da istefaya göndərilib.