• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kaşkilyanın da Allahı var!

Manşet / Yazarlar

Bu gün, 14:44

Jorj Kaşkilyanın “İmişli”nin baş məşqçi postuna təyinatı nə qədər gözlənilməz olmuşdusa, gedişi də bir o qədər sürpriz oldu. Bəli, portuqaliyalı ilə yolların ayrılacağı haqda iddialar hələ ötən ay yayılmışdı. Ancaq bunun hansısa məntiqə sığmaması xəbərlərin həqiqətəuyğun olmadığı haqda fikir formalaşdırmışdı. Xatırlayırsızsa, Aran təmsilçisi premyer-liqada debütant olmasına rəğmən, əcnəbi mütəxəssisə güvəndiyi üçün “topa tutulmuşdu”. Komandanın ev oyunlarını İmişlidə keçirməyəcəyi də dəqiq olduğundan, “pələnglər”i heç cür peşəkar klub kimi qəbul etməyənlərin sayı həddən artıq çox idi. Ancaq Kaşkilya mövsüm ərzində qazandığı nəticələrlə kollektiv üzərində yaranan təzyiqi azaltmağa müvəffəq oldu. Hətta iş o həddə çatdı ki, Aran təmsilçisi fərqli oyun tərziylə seçilməyə başladı, iddialı komandaların belə qorxulu yuxusuna çevrildi. Ən əsası, “İmişli” mövsüm ərzində premyer-liqanı tərk etmək qorxusuyla, demək olar, üzləşmədi. Yalnız son turlarda cüzi narahatlıq var idi ki, kollektiv əsas rəqiblərlə sınaqdan üzüağ çıxmaqla təhlükəsiz zonada yer aldı.

İddialara görə, ayrılığın səbəbi Kaşkilyanın məvacibinin artırılmasını tələb etməsidi. Səbəb gerçəkdən budusa, heç şübhəsiz, portuqaliyalı bunu haqq edir. Öz aramızdı, təkcə baş məşqçi kimi fəaliyyətinə görə yox, həm də “İmişli”nin Portuqaliyada reklamına görə. Yox-yox, zarafat etmirəm, mütəxəssisin Aran təmsilçisindəki fəaliyyətiylə bağlı bir neçə xəbəri öz gözlərimlə məşhur “A Bola” nəşrində görmüşəm. O başqa məsələ ki, baş məşqçinin yeni formalaşdırılan, sərgərdan həyatı yaşayan, məhdud büdcəli komandayla mövsümü 9-cu pillədə bitirməsi yetərincə təqdirəlayiq idman hadisəsidi...

Öz aramızdı, Kaşkilyanı tezliklə, bəlkə elə bu gün "Sumqayıt”ın baş məşqçi postunda görsəm, təəccüblənməyəcəm. Axı həqiqətən də Saşa İliçlə yolları ayıran “kimyaçılar”ın uzun müddətdi yeni mütəxəssis axtarışında olmasını və hansısa səbəbdən hələ də təyinatın reallaşmamasını başqa cür izah etmək çətindi. İndi “Sumqayıt” avrokuboklar uğrunda mübarizə aparsın, “İmişli” də baxsın! Ya bəlkə Aran təmsilçisinin də məqsədi daha təcrübəli mütəxəssis tapıb ilk “dördlük” uğrunda oynamaqdı? Düzü, klub rəhbərliyinin məlum şərtlər altında belə eyforiyaya qapılacağını düşünmürəm. Klubun imkanları öz yerində. Ancaq “Sabah”, “Qarabağ”, “Neftçi”, “Turan Tovuz”, “Zirə” və “Sumqayıt”ın olduğu çempionatda 4-cü pillə belə mümkünsüz görünür. Necə deyərlər, ağıl var, məntiq var. Belədə Kaşkilyanın göndərilməsi nə dərəcədə doğru addımdı? Hələ ədalət prinsipini demirik. Düzdü, bu gün komandaları 1-ci liqadan premyer-liqaya gətirən mütəxəssislər dərhal yola salındığından belə hallara alışmışıq. Klublar müxtəlif əsaslarla özlərinə haqq qazandırmağa çalışır. Etiraf edim ki, bəzi hallarda həmin qərarları doğru saymaq mümkündü. Ancaq “İmişli” Kaşkilyaya münasibətdə elə ədalətsizliyə yol verdi ki, bir də çətin haqdan danışa bilsin!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

10-05-2026, 14:0

Kaşkilya 50 min dollara görə qovulası məşqçidi? – “İmişli” bunun cəzasını çəkəcək

Ölkə futbolu / Aktual

12-06-2026, 13:0

“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?

Aktual / Ölkə futbolu

21-05-2025, 10:0

“Yəqin ki, İmişlidə oynayacağıq. Təbii örtükdə” – xoş xəbər?

Aktual / Ölkə futbolu

17-09-2025, 22:0

Portuqaliyada "İmişli"nin "Sumqayıt"ı məğlub etməsindən danışırlar - bəs, biabırçılıqdan xəbərləri varmı?

Aktual / Ölkə futbolu

24-08-2025, 10:0

“İmişli” sentyabrın 14-də harda oynayacaq?

Aktual / Ölkə futbolu

5-05-2026, 11:0

Aqşin Mürsəlov: “Heç kimi tutub saxlamayacağıq ki, getmə” - Kaşkilya "İmişli"dən gedir?

Aktual
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
“Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
Son xəbərlər
  • Bu gün, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Bu gün, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Bu gün, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Bu gün, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Bu gün, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Bu gün, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Bu gün, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Bu gün, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Bu gün, 13:28
    Afrika rekordu yeniləndi
  • Bu gün, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Bu gün, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Bu gün, 12:00
    Dünya çempionatında yeni rekord
  • Bu gün, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Bu gün, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
  • Bu gün, 11:03
    Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
  • Bu gün, 10:40
    Milli komandada məşqçi-futbolçu qarşıdurması
  • Bu gün, 10:00
    Uğursuzluğa dözmədi
  • Bu gün, 00:00
    Milli komandanın tarixinə düşdü
  • Dünən, 23:05
    Braziliya 1/8 finala vəsiqə qazandı - DÇ gecəsi
  • Dünən, 22:48
    Avtoqol rekordu təkrarlandı
  • Dünən, 22:15
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 21:46
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 21:20
    Dünya çempionatının tarixinə düşdü
  • Dünən, 20:49
    "Zirə"nin növbəti rəqibi bilindi
  • Dünən, 20:10
    “Barselona”nı tərk etdi
  • Dünən, 19:35
    “Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
  • Dünən, 19:01
    AFFA İcraiyyə Komitəsinin iclası keçirildi
  • Dünən, 18:40
    “Uimbldon”un sabiq qalibinə sərt cəza - Vondrouşova dördillik cəza aldı
  • Dünən, 18:09
    “Qəbələ”dən mövsümün ilk transferi
  • Dünən, 17:46
    Karberi əvvəlkindən daha çox qazanacaq
  • Dünən, 17:10
    "İmişli" Kaşkilya ilə yolları ayırdı
  • Dünən, 16:12
    “Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
  • Dünən, 15:41
    Berqamonu tərk etdi
  • Dünən, 15:10
    MMA döyüşçümüz Çində qələbə qazandı
  • Dünən, 14:38
    "Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Daha çox
Oxunub: 448
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 242
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 231
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə