“Mançester Yunayted” 1989-cu ildən sonra ilk dəfə...

17.09.2023 22:55 242
Dünya futbolu
“Mançester Yunayted” şənbə günü evdə “Brayton”a 1:3 hesabıyla uduzub.

"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi bu mövsüm ölkə çempionatının ilk 5 oyununda 3-cü məğlubiyyətini alıb. Bu MY-nin premyer-liqada ən zəif startıdı. “Qırmızı şeytanlar” sonuncu dəfə İngiltərə çempionatına 1989-cu ildə də belə göstərici ilə başlamışdılar.

“Yunayted”in “Brayton”a premyer-liqada ardıcıl 4-cü dəfə uduzduğunu da bildirək. Erik ten Haqın komandası hazırda lider “Mançester Siti”dən 9 xal geri qalır.