Afrika rekordu yeniləndi

30.06.2026 13:28 13
Dünya futbolu
Tarixdə ilk dəfə Afrika qitəsindən 9 komanda dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, Cənubi Afrika, Mərakeş, Kot dİvuar, Konqo Demokratik Respublikası, Seneqal, Kabo Verde, Misir, Əlcəzair və Qana yığmaları DÇ-2026-nın 1/16 final mərhələsində oynayacaqlar. Pley-offa yalnız Tunis yığması çıxa bilməyib. Beləliklə, mübarizəyə qoşulan 10 Afrika komandasının 90 faizi yoluna davam edir.

Qeyd edək ki, Kabo Verde dünya çempionatında ilk dəfə çıxış edir. Komanda 1/16 finalda sonuncu çempion Argentina ilə qarşılaşacaq.