"Zirə"nin növbəti rəqibi bilindi

29.06.2026 20:49 15
Ölkə futbolu
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

Rəşad Sadıqovun komandası Türkiyənin “Iğdır” klubu ilə qarşılaşacaq. Matç iyunun 30-da Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu “Navbahor”la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, "Zirə" bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul