Konfrans Liqasına hazırlığı davam etdirən “Zirə” daha bir transferini açıqlayıb. “Qartallar” Cənubi Kipr liqasında son mövsümdə çempion olan Nikosiya “Omonoya”sının əsas oyunçularından biri Da Silva Tavareş Vieranı heyətinə qatıb.
“Football-plus.az” xəbər verir ki, Cənubi Kipr elitasında son mövsümdə 30 oyuna çıxan, 4 qol, 2 məhsuldar ötürmənin müəllifi olan 29 yaşlı yarımmüdafəçi daha əvvəl vətəni Portuqaliyada - “Portu” ilə “Feyrense”nin aşağı yaş komandalarında çıxış edib.
Ceyhun Nuriyev, Anatoli Nuriyev və Eldar Quliyevin gedişindən sonra “10 nömrə” mövqeyində çıxış edəcək Vieranın forma şansı böyükdü. Hazırda həmin mövqedə Namiq Ələskərov var.
Portuqaliyalı yarımmüdafiəçi təlim-məşq toplanışına qoşulub və yeni komandasıyla birgə Türkiyəyə yollanıb.
İSRAYIL XEYRULLAYEV