Fransa yığması başsız qaldı

30.06.2026 19:32 24
Dünya futbolu
Didye Deşama ağır itki üz verib.

"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının baş məşqçisinin anası Ginette vəfat edib. Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Deşam anası ilə vidalaşmaq üçün Fransaya yollanıb.

O, bu səbəbdən DÇ-2026-nın qrup məhələsinin Norveçlə son matçında komandasının başında olmayacaq.