Panama yığması dünya çempionatında L qrupunda yer almışdı. Üç oyunun hamısında uduzdu, özü də bir qol da vurmadan. Ümumiyyətlə, turnirə qatılan 48 komandadan yalnız Panama qol vura bilmədi! Tomas Kristiansenin canı cəhənnəmə, o bilər, Panama futboluna rəhbərlik edənlər bilər. Ancaq Danimarkada dünyaya gələn, İspaniya vətəndaşlığı da olan bu baş məşqçinin “Turan Tovuz”un müdafiəçisi Roderik Millerə münasibəti nə peşəkarlıq, nə də insanlıq çərçivəsinə sığır! Kristiansen İngiltərə ilə oyunda da Misli premyer-liqasının təmsilçisini meydana buraxmadı.
34 yaşını tamamlayan müdafiəçinin bir də belə böyük turnirə qatılmaq imkanı olmayacaq. Amma sən onu DÇ-yə aparırsan, 5 dəqiqə də şans vermirsən. Təsəvvür edin ki, Panama yığmasının 23 sahə oyunçusundan üçü meydana çıxmayıb, biri də məhz Millerdi. Belə məşqçiyə insan demək olarmı?!
ORXAN