Karlo Ançelotti “Real” rəhbərliyinin ona münasibətindən narazıdı.
"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis transfer məsələsində klubun onun fikrini nəzərə almamasını doğru hesab etmir.
Ançelottinin sözlərinə görə, rəhbərlik heyəti gücləndirmək üçün verdiyi bəzi vədləri yerinə yetirməyib. Amma bu məsələ ilə bağlı narazılığına baxmayaraq, təcrübəli mütəxəssisin yeni mövsümdə də “kral klubu”nda işləmək niyyətində olduğu qeyd edilir.
Xatırladaq ki, “Real”ı 2021-ci ilin yayından çalışdıran Ançelotti Braziliya Futbol Konfederasiyasından aldığı təklifi geri çevirib.