Martin Dubravka tezliklə İngiltərədə klubunu dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem” onu transfer etməyə hazırlaşır. Bu haqda insayder Fabritsio Romano məlumat yayıb. London klubunun rəhbərliyi “Bernli”nin və Slovakiya yığasının 37 yaşlı qapıçısı ilə razılığa gəlib. Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.
Dubravka İngiltərədə daha əvvəl “Nyukasl” və “Mançester Yunayted”in də formasını geyib.