Millilərdə məşqçi dəyişiklikləri oldu

30.06.2026 16:04 13
Ölkə futbolu
Qızlardan ibarət U-15 və U-17 milli komandalarında məşqçi dəyişiklikləri və yeni təyinatlar gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, U-15 yığmamızda baş məşqçi vəzifəs Rövşən Qasımova həvalə olunub. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Köməkçi məşqçi Manə Mollayeva (A millinin futbolçusu), qapıçılar üzrə məşqçi Günay İsmayılova (A millinin qapıçısı) təyin edilib.

U-15 millisinin köməkçi məşqçisi Samirə Aşırova ilə isə yollar ayrılıb.

U-17 milli yığmamıza Xanlar Əliyev rəhbərlik edəcək. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.