Uels yığmasının sabiq futbolçusu Aaron Remzi baş məşqçi təyin olunub.
"Football-plus.az" xəbər verir ki, o, bundan sonra “Oksford Yunayted”i çalışdıracaq. Bu haqda İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bu, 35 yaşlı Remzinin baş məşqçi kimi ilk təyinatıdı. O, futbolçu karyerasını bu ilin aprel ayında başa vurub.
“Oksford Yunayted” ötən mövsümün yekununda çempionşipi tərk edərək Liqa 1-ə düşüb.