"Zirə" Türkiyə klubuna qarşı

30.06.2026 12:15 16
Ölkə futbolu
“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “Iğdır”la üz-üzə gələcək. Görüş 18.00-da başlayacaq.

"Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3 hesabı ilə uduzub.