DÇ-2026-da Kürasao və Kot d’İvuar arasında keçirilən E qrupunun 3-cü turunun matçının ən yaxşı oyunçusu məlum olub.
"Football-plus.az" xəbər verir ki, FİFA-nın saytının yaydığı xəbərə görə, Nikolya Pepe oyunun ən yaxşısı adına layiq görülüb. O, 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib. 7-ci dəqiqədə hesabı açan futbolçu Kot d’İvuar yığmasında ən erkən vurulan qolun müəllifi kimi də tarixə düşüb.
Afrika komandası 6 xalla qrupda 2-ci yeri tutub və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə çıxıb.