• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Almaniya basketbolda da möcüzəyə qadirdi

İdman

13-09-2023, 22:0

Futbol ənənələrinə görə məşhurlaşan, bu idman növündə dünyanın ən titullu ölkələrindən sayılan Almaniya bazar günü başa çatan basketbol üzrə dünya çempionatının finalında Serbiyaya qalib gəldi.

"Football-plus.az" xəbər verir ki, tarixində ilk dəfə! Bəs kimsə almanların bu titula layiq olmadığını deyə bilərmi? Kanadalı mütəxəssis Qordi Herbertin rəhbərlik etdiyi komanda turnirdə keçirdiyi 8 oyunun hamısında qalib gəldi. Hərçənd rəqibləri sırasında aşkar favoritlər də var idi. Serbiya və ABŞ ilə yanaşı, Sloveniya, Avstraliya və DÇ-2023-ün kəşfi olan Latviyanın adını çəkə bilərik. Məhz latviyalılar almanları medalsız qoymağa çox yaxın idi. Ancaq onda hər şeyi Frants Vaqnerin qeyri-adi oyunu xilas etdi. Yarımfinal və final oyunlarında Dennis Şreder iş başında idi. Təsadüfi deyil ki, turnirin MVP mükafatı da ona qismət oldu.

Əslində ekspertlərin və azarkeşlərin əksəriyyəti turnirdə ABŞ – Kanada finalını gözləyirdi. Ancaq bu komandaları məğlub edən almanlarla serblər haqlı olaraq, finala vəsiqə qazandı. Almaniya yığması güclü hücum xəttinə malikdi. Bu komanda ABŞ ilə oyunda rəqibə 111 xal verməsinə baxmayaraq, yenə də parket üzərindən qələbə ilə ayrıldı. Vaqner qardaşları, Tays, Foyqtmann və Şreder qələbə yolunda əlindən gələni etdi. Heyətdə cokerlər də var idi. Məsələn, Amerika ilə oyunda Andreas Obstın belə parlayacağını kim gözləyərdi (“Bavariya”nın müdafiəçisi 24 xal topladı, eləcə də 8 üçxallıq atışından 4-ü hədəfə düşdü)? Bəs pley-offun bütün oyunlarında Bonqun müdafiədə əla oyununu necə?

Final oyununu izləməyə dəyərdi. İlk yarı həlledici oyunda bu turnirin məhz real cəhətdən ən güclü komandalarının üz-üzə gəlməsinə dair növbəti sübut idi. 20 dəqiqədən sonra tabloda bərabərlik hesabı yanırdı – 47:47. Serblərin heyətində Marinkoviç, Davidovats və Petruşev parlaq oyun göstərirdi. Boqdanoviç bir qədər kölgəyə çəkilsə də, lazımi anlarda məsuliyyəti boynuna götürürdü. Almanların heyətində isə Şreder oyunu öz üzərinə götürmüşdü. Komandası 4 xal geri düşəndə məhz o, üçxallıq atışla yadda qaldı, növbəti hücumda isə Yoviçi qabaqlayıb daha 1 xal qazandı. Fasilə ərəfəsində hesabın bərabərləşməsi almanları əməlli-başlı ruhlandırdı.

Fasilədən sonra isə serblər oyunun ipini əldən buraxdı. Onlar 7 dəqiqə ərzində cəmi 6 xal topladı. Titula doğru şütüyən almanlar kreyser sürəti yığmışdı. Şreder və Vaqnerlə yanaşı, Foyqtmann fədakarlıq göstərirdi. O, Milutinovla duellərdən qalib ayrıldı, Frants Vaqnerə verdiyi ötürmə isə konfet kimi şirin idi. Almaniyanın 3-cü çeyrəkdə 22:10 hesabıyla qələbə qazanması oyunun taleyinin müəyyənləşməsi baxımından həlledici oldu. Düzdü, serblər hadisələrin axarını dəyişmək üçün sonuncu çeyrəkdə əlindən gələni etdi. Onlar hətta 20:14 hesabıyla qələbə də qazandılar. Ancaq hesabı bərabərləşdirmək və oyunu overtayma daşımaq mümkün olmadı. Final fitindən sonra serblər ağlayırdısa, almanlar Herberti atıb-tuturdu...

final
Almaniya - Serbiya 83:77 (23:26, 24:21, 22:10, 14:20)
3-cü yer uğrunda oyun
Kanada – ABŞ 127:118 OT (34:25, 24:31, 33:26, 20:29, 16:7)
5-ci yer uğrunda oyun
Latviya - Litva 98:63 (28:20, 21:18, 28:9, 21:16)
7-ci yer uğrunda oyun
Sloveniya – İtaliya 89:85 (15:18, 27:23, 28:19, 19:25)

Paylaş:
Digər xəbərlər

İdman

7-09-2023, 21:0

ABŞ, Kanada, Serbiya və Almaniya...

İdman

2-06-2023, 14:0

Hokkeydə Kanadaya rəqib yoxdu

İdman

10-09-2023, 14:0

Almaniya tarixində ilk dəfə finalda oynayacaq

İdman

5-09-2023, 22:0

Dünya çempionu mübarizəni dayandırdı

İdman

10-09-2023, 19:0

Almaniya dünya çempionu oldu, ABŞ medalçılar siyahısından kənarda qaldı

İdman

24-06-2023, 18:0

Kanadalı yeniyetmə dünyanın ən yaxşı hokkeyçisi sayıldı

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 157
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə