Konfrans Liqasında ölkəmizi təmsil edən “Neftçi” “Dinamo Minsk”ə 2:4 hesabıyla məğlub olub.
Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
- Sizi mətbuat günü münasibətilə təbrik edirəm.
- Meydanda sanki, təlim-məşq toplanışından dönmüş komanda yox, uzun yol qət etmiş yorğun “Neftçi” gördük. Bu hazırlıq prosesinə, yoxsa rəqibin təzyiqinə görə belə oldu?
- Bu suala cavab vermək çətindi. Hansısa komanda ilk 15 dəqiqədə üstünlüyü əldə etməklə 2 qol vurursa, belə oyundan sonra hər şey dəyişirsə, mən bunu futbol adlandırmıram. Çoxlu səhvlər edib, rəqibə imkan yaradırlar. Bunlar 20-ci dəqiqədə Balayevin çətinliklə topu çıxarmasından sonra oldu. O, zədələndi. Bundan sonra ilk qolu buraxdıq. Yenə də ikinci hissəyə 2:1 hesabıyla gəldik. Fasiləyə yüksək əhvalla getsəkdə, daha sonra 2-ci qolu buraxdıq. Rəqib səhvlərimizdən oyunu dəyişdi. Qapıdan uzun ötürmədən top buraxırıq. Sonra yenidən 2-3 epizodumuz oldu. Ancaq sən vura bilmirsənsə, rəqib vurur. Penaltidən sonra artıq matçı itirdik. Bu səbəbdən ayıq başla oturub düşünmək lazımdı. Futbolçular barədə danışmaq istəmirəm. İlk növbədə günahkar mənəm.
- Azarkeşlər çox böyük ümidlə gəlmişdi. Onlara necə üzrxahlıq edəcəksiz? Bu sizin çempionatdakı vəziyyətinizə necə təsir edəcək? Hədəfə çata bilməmək vəzifənizə necə təsir edəcək? İstefa verəcəksiniz?
- İki oyun məğlub olduqdan sonra getməliyəm? Bu harda görülüb? Mən fərqli düşünürəm. Bu idmandı. Mən heç vaxt 1-ci məğlubiyyətdən sonra belə şey görməmişəm. Cavab matçına hazırlaşacağıq. Bəlkə siz mənə ciddi yanaşmırsız. Komanda kimi oynasaq, qələbə qazana bilərik. “Dinamo Minsk” - “Sileks” görüşündə də belə olmuşdu. Bəlkə mənə ciddi yanaşmırsız? Orda kimsə istefa verməlisən demədi. Bu cür suallar doğru deyil. Dünən də bu haqda danışmışdım. Komandada tez-tez dəyişiklik olduqda uğursuzluq olur. Belə bir düşüncəm yoxdu.
- Burda azarkeşlər olsaydı, onlara nə demək istəyərdiz?
- Bu futboldu. Belə şeylər olur. Mənə elə komanda deyin ki, hər matçı qazansın.
- Biz də istərdik ki, sizi təbrik edək. “Neftçi” məcazi mənada öz rənglərinin mənasını göstərdi. “Braqa” ilə qarşılaşsaq, hansı rəngi görəcəyik? Ağ, yoxsa qara?
- “Braqa” ilə bağlı heç nə deməyəcəm. Düşüncələrim sadəcə cavab görüşü ilə bağlıdı.
- “Neftçi” digər komandalardan fərqli olaraq daha çox azarkeş təzyiqinə malik komandadı. Buna hazırsız?
- Mən dünən də demişdim ki, təzyiqə hazıram. Güclü insanam. Qorxmuram. Həm ağ günlər olur, həm də qara.
- İlk 10 dəqiqədən sonra “Neftçi”nin yarımmüdafiə xəttində yaranan boşluğa nə səbəb oldu? Demişdiz ki, 8 nömrəyə ehtiyac var. Bu səbəbdən demişdiz?
- Bu barədə çox danışmaq olar. Biz də nəyin çatışmadığını təhlil etməliyik. 20-ci dəqiqədən sonra pressinq edə bilmədik. Bu səbəbdən belə vəziyyət yarandı. Çox çətindi. Yuxu alıb, ayıq başla düşünmək lazımdı. Nəticə çıxarıb irəli baxmaq lazımdı.
"Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
Manşet / Avrokuboklar






