Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.
Yarımmüdafiəçinin yubiley topu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Dinamo-Minsk" ilə ilk görüşünə təsadüf edib.
Emin “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.
Mahmudov “Neftçi”nin qitə klub turnirlərində ən məhsuldar oyunçusudu.
Avropada 10-cu qol
Avrokuboklar





