Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da

23.07.2026 15:08 9
Ölkə futbolu
“Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb.

Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdi.

29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin “Pafos” komandası olub. Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.