“Zirə”nin Estoniya sınağı ilə bağlı bilgi almaq üçün mətbuat katibi Elmar Abdullazadə ilə danışdıq. Onun “Football-plus.az”a açıqlaması:
“Artıq Estoniyaya çatmışıq. Səfər normal keçdi. Hava limanında həmyerlilərimiz tərəfindən qarşılandıq. Bizi burda tək qoymadılar. Buna görə təşəkkür edirik. 70-dən çox azərbaycanlı azarkeşin stadionda olması gözlənilir. Stadionun şəraiti normaldı. Hava tutqundu. Burda 12-13 dərəcə istidi. Yaxşı futbol oynamaq üçün imkan var”.
İSRAYIL XEYRULLAYEV





