Almaniya dünya çempionu oldu, ABŞ medalçılar siyahısından kənarda qaldı

10.09.2023 19:21 278
İdman
Basketbol üzrə dünya çempionatına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, bu gün medalçıların adına aydınlıq gəlib. Final görüşündə Almaniya Serbiya ilə qarşılaşıb. Görüş almanların 83:77 hesablı qələbəsi ilə nəticələnib. Bununla da, Almaniya tarixində ilk dəfə dünya çempionu adına yiyələnib.

3-cü yer uğrunda matçda isə Kanada ABŞ ilə qarşılaşıb. Görüş Kanadanın qələbəsi ilə nətiəcələnib – 127:118.