"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov

22.07.2026 20:59 14
Avrokuboklar / Manşet
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqası 2-ci təsnifat mərhələsində "Payde"yə qarşı keçirəcəkləri ilk oyun haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis səfər matçından öncə keçirilən mətbuat konfransında komandasını gərgin oyunun gözlədiyini deyib:

"Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. İlk oyun çox önəmlidi. Rəqib evdə oynayır, qələbə qazanmağa çalışacaq. Bizim də öz istəklərimiz var. "Payde" avrokuboklarda təcrübəli komandadı. Sabah bizi maraqlı və gərgin oyun gözləyir".

O, 1-ci təsnifat mərhələsindəki rəqibləri "Torpedo" ilə "Payde" arasındakı fəqlərdən də söz açıb:

"Rəqibləri oyun fəlsəfələri arasında oxşarlıqlar var. Hər iki komanda topla oynamağa üstünlük verir, standart vəziyyətlərdə təhlükəlidilər. Bizim yaxşı formada olmağımız çox önəmli olacaq. Çalışacağıq ki, rəqibin oyununu pozaq".