"Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol

24.07.2026 10:00 9
Avrokuboklar
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibləri üz-üzə gəlib.

Moldova "Şerif"i öz meydanında "Makkabi" ilə qarşılaşıb. Oyun Təl-Əviv təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" Bakıda ÇSKA ilə qolsuz heç-heçə edib - 0:0. İkinci mərhələnin cavab oyunları iyulun 30-da keçiriləcək.