İngiltərədə klubunu dəyişəcək

2.08.2026 12:04 18
Dünya futbolu
Yuri Tilemans “Aston Villa”nı tərk edəcək. Buna baxmayaraq, yeni mövsümə də İngiltərə premyer-liqasında başlayacaq.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” Belçika yığmasının oyunçusunu transfer edib. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər bütün şərtlər üzrə razılığa gəliblər və Yuri yaxın vaxtlarda “Mançester Yunayted”ə qoşulacaq. Bir müddət əvvəl yayılan xəbərlərə əsasən, İngiltərə klubları bu transferi təxminən 41 milyon avroya reallaşdıracaqlar.

Tilemans “Aston Villa”da 2023-cü ildən çıxış edir. O, ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə verib. Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi DÇ-2026-da Belçika yığması ilə turnirin 1/4 finalına qədər irəliləyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul