Mahir Emreli “Rakuv”da qol hesabını açdı!

23.07.2026 22:12 32
Aktual / Konfrans Liqası
Polşanı Konfrans Liqasında təmsil edən “Rakuv” bu gün ilk oyunda “Valletta”nı qəbul edib.

Qonaqlar 23-cü dəqiqədə hesabı açsalar da, oyuna start heyətində başlayan Mahir Emreli 53-cü dəqiqədə tablodakı rəqəmləri eyniləşdirib. 73-cü dəqiqədə qonaqlar penaltini boşa verib, “Rakuv”un qələbə qollarını 78-ci dəqiqədə Patrik Makuş, 90-cı dəqiqədə Stratos Svarnas vurub - 3:1.

Mahir 82-ci dəqiqədə əvəzlənib.