• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cokoviç yenə zirvədə: 24-cü kubok + 3 milyon dollar!

İdman

13-09-2023, 21:0

Nyu-Yorkda keçirilən “Böyük dəbilqə” seriyalı “US Open” turniri bazar günü başa çatdı.

"Football-plus.az" xəbər verir ki, Şənbə günü qadınların turnirində final oyunu keçirildi. Amerikalı Kori Qauff imkanları daha yüksək qiymətləndirilən belaruslu Arina Sobolenko ilə dueldən qalib ayrıldı. Karyerasında 6-cı, 2023-cü ildə isə 4-cü titulunu qazanan Qauff qələbənin ardından bunları dedi:

“Bunun mənim üçün önəmi böyükdü. İndiki məqamda sanki şokdayam. Fransa Açıq Çempionatındakı məğlubiyyəti çox ağrılı qarşıladım. Ancaq onu da anladım ki, Allah adamı bütün sınaqlardan keçirir. Atam məni uşaqkən bu turnirin oyunlarına baxmağa gətirərdi. Oturub sakitcə Vinusla Serenanın oyunlarını izləyərdim. İndi isə özüm bu səhnədəyəm”.


Sobolenko isə bunları dedi:
“Hər şeydən əvvəl onunla qürur duyuram ki, emosiyalarımın öhdəsindən yaxşı gəlirəm, reytinqə yox, oyunuma köklənirəm. Qauffu təbrik etmək istəyirəm, sən möhtəşəm oynadın. Komandanı da təbrik edirəm. Əminəm ki, bu titula və daha artığına layiqsiz. Ümid edirəm ki, hələ çox finalda üz-üzə gələcəyik və nəticə də fərqli olacaq. Ailəmə sevgimi göndərmək istəyirəm. Onlar yatmayıb bu oyunu izləyirdilər. Belə nəticəyə görə bağışlayın. Həmişə olduğu kimi, daha güclü qayıdacam. Mənim üçün etdiyiniz hər şeyə görə sağ olun”.


Təbii ki, kişilər arasında turnirin finalı daha çox maraq doğururdu. Finalçılardan biri Novak Cokoviçdisə, başqa cür də ola bilməz. Digər tərəfdən, Daniil Medvedev yarımfinalda Karlos Alkarası məğlub etməklə artıq kiçik sensasiyaya imza atmışdı. Cokoviç – Medvedev duelində gerçək mübarizə yaşanmadı, daha dəqiqi, serb ulduz üstünlüyünə heç bir şübhə yeri qoymadı. O, 3 saat 17 dəqiqə davam edən oyunu üç setdə qazandı. “Böyük dəbilqə” turnirlərində 24-cü, karyerasında 96-cı titulu qazanan 36 yaşlı serb özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı. Onun 3 dəfə “US Open”in, 10 dəfə “Australian Open”in, 7 dəfə “Uimbldon”un, daha 3 dəfə də “Rolan Qarros”un qalibi olduğunu xatırladaq. 2023-də 5 turnirdə, o cümlədən “Rolan Qarros” və “Australian Open”də də qələbə qazanan Cokoviç görüşdən sonra üzərində 24 yazılan, mərhum basketbolçu Kobi Brayantla birgə şəklinin də yer aldığı formanı geydi. Xatırladaq ki, Brayant məhz 24 nömrəli forma ilə çıxış edirdi.

Tennisçilər final görüşünün ardından media önünə çıxdı. Medvedev məğlubiyyətini belə şərh etdi: “Bir tərəfdən, deyə bilərəm ki, vaxtilə Novakı “Böyük dəbilqə”nin finalında məğlub etmişəm, o mənim karyeramın zirvəsidi. Ancaq ona və Rafa Nadala qarşı keçirdiyim 5 finalın yalnız birində qalib gəlmişəm ki, bunun da yaxşı, yoxsa pis nəticə olduğunu bilmirəm. Novak məni daha da yaxşı oynamağa sövq edir. Azarkeşlərə “çox sağ ol” demək istəyirəm. Siz möhtəşəmsiz, bu stadion isə xüsusi. Bura gələrkən düşünürdüm ki, yaxşı oynamaq və enerji hiss etmək istəyirəm. Çox ümid edirəm ki, bir dəfə yenidən bu kuboku qazana biləcəm. Bu, Cokoviçə qarşı 3-cü final idi və ümid edirəm ki, sonuncu olmayacaq. Yəqin Novak hələ çox finalda iştirak edəcək. Bilmirəm ki, tempi nə vaxt aşağı salmağı planlaşdırırsan... Səni və komandanı 24-cü “Böyük dəbilqə” münasibəti ilə təbrik edirəm. Mənim cəmi 20 titulum var, sənin isə 24 “Böyük dəbilqə”n. İki il əvvəl bu turniri qazananda toyumuzun ildönümü idi, Daryaya yaxşı hədiyyə etdim. Bu gün isə alınmadı. İldönümü yenə finala təsadüf etdi. Bu bəzən çətin, bəzən asan, bəzən xoşbəxt, bəzən də kədərli yolda mənə dəstək verən hər kəsə təşəkkür etmək istəyirəm”.

Cokoviç də həm final görüşü, həm də Medvedevin toyunun ildönümü haqda danışıb: “Daniili fantastik turnir münasibəti ilə təbrik etmək istəyirəm. Bugünkü nəticəyə görə bağışla. Səni və xanımını toyunuzun ildönümü münasibəti ilə təbrik edirəm. Bu gün ildönümü olduğunu əvvəlcədən bilsəydim, bəlkə də nəticə fərqli olardı. Daniil mənə və komandama münasibətdə çox xeyirxahdı. Şübhəsiz, sən hələ çox “Böyük dəbilqə” qazanacaqsan. Daniil əsl şəxsiyyətdi, odu ki, heç vaxt dəyişmə. Karyeramı bitirəcəyim vaxtla bağlı çox danışırlar. Fərqli fikirlər var, ancaq mən belə müzakirədə maraqlı deyiləm. Davam etdirmək fikrindəyəm. Bədənim özünü yaxşı hiss edir, ətrafımdan, komandamdan, ailəmdən dəstək görürəm. Tennisdən getmək istəmirəm. Anlayıram ki, hələ də zirvədəyəm, hələ də ən böyük turnirlərdə qalib gəlirəm. Enində-sonunda hardasa 23-24 ildən sonra tennisdən gedəcəm. O vaxta qədər isə məni izləməlisiz”.

Həm qadınların, həm də kişilərin turnirinin 65 milyon dollar mükafat fonduna malik olduğunu xəbər vermişdik. Cokoviç bu turnirdə qələbəyə görə 2 min reytinq xalı və 3 milyon dollar, Medvedev isə 1200 reytinq xalı və 1,5 milyon dollar qazanıb.

Kişilər, fərdi
yarımfinal
Medvedev (Rusiya, 3) - Alkaras (İspaniya, 1) 7:6 (7:3), 6:1, 3:6, 6:3
final
Cokoviç (Serbiya, 2) – Medvedev (Rusiya, 3) 6:3, 7:6 (7:5), 6:3
Cütlərin yarışı, final
Ram/Salisberi (ABŞ/B.Britaniya, 3) – Bopanna/Ebden (Hindistan/Avstraliya, 6) 2:6, 6:3, 6:4
Qadınlar, fərdi
final
Qauff (ABŞ, 6) – Sobolenko (Belarus, 2) 2:6, 6:3, 6:2
Cütlərin yarışı, final
Dabrovski/Rutliff (Kanada/Yeni Zelandiya, 6) – Ziqemund/Zvonaryova (Almaniya, Rusiya, 12) 7:6 (11:9), 6:3
Qarışıq, final
Danilina/Heliovaara (Qazaxıstan/Finlandiya) – Pequla/Krayiçek (ABŞ, 1) 6:3, 6:4

Paylaş:
Digər xəbərlər

İdman

10-09-2023, 11:0

Finalın adı: Sobolenko – Qauff, Cokoviç - Medvedev

İdman

10-01-2023, 21:0

Cokoviç və Sobolenko...

İdman

1-02-2023, 19:0

Cokoviçdən möhtəşəm nəticə: 10-cu final, 10-cu qələbə!

İdman

8-06-2022, 17:0

Nadal: “Böyük dəbilqə” turnirlərində 22-ci qələbə!

İdman

7-09-2023, 21:0

Zverevə Hitlerin salamını verdilər

İdman

9-06-2023, 21:0

Cokoviç yalnız Federerdən geri qalır

Aktual
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
Son xəbərlər
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə