Niderlandda qərar tutdu

23.07.2026 15:49 16
Dünya futbolu
Nəhayət, Mark-Andre ter Ştegenin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın qapıçısı karyerasını Niderlandda davam etdirəcək.

İnsayder Fabritsio Romano 34 yaşlı qolkiperin “Ayaks”a keçidi ilə bağlı razılıq əldə olunduğunu, tərəflərin 2027-ci ilin yayına qədər nəzərdə tutulan icarə müqaviləsi imzalayacaqlarını bildirib. “Ayaks” rəhbərliyi futbolçunun maaşının böyük hissəsini öz üzərinə götürəcək.

Ter Ştegen “Barselona”da 2014-cü ildən çıxış edir. O, 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında “Jirona”da keçirib. Alman futbolçunun zədə səbəbindən yalnız iki oyunda meydana çıxdığını da bildirək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul