Konfrans Liqasında ölkəmizi təmsil edən “Neftçi” “Dinamo-Minsk”ə 2:4 hesabıyla məğlub olub.
Matçdan sonra rəqib komandanın baş məşqçisi Aleksandr Şaqalkonun mətbuat konfransı keçirilib.
- Oyundan öncə 4:2 hesabıyla “Neftçi”ni məğlub edəcəyinizi desəydilər, buna inanardız?
- Məqsədimiz iki oyunun nəticəsində turu keçməkdi. Biz ilk dəqiqələrdə 2 qol buraxmağı da düşünmürdük. Qalib olmağa gəlmişdik. Böyük klubuq, rəqibi analiz etdik. 4 qol vurub qalib gəldik.
- “Neftçi”nin 90 illiyini qeyd etdiyini bilirsiz. Sizin komandanız ötən il matçlarını Bakıda keçirib. Bu amillər sizin komandaya təsir edib?
- Bu haqda bilmirəm. Bəlkə də təsir edib.
- “Neftçi”nin mərhələ adlayacağını düşünürdüzmü?
- Qeyri-adı optimizm yoxdu. Bizim oyunçularımız da yaxşı başladı. Super üstünlüyümüz yoxdu. Yaxşı başa düşürük ki, hansı komandaya qarşı oynayırıq. 2 top fərqi təhlükəlidi. 2 top buraxsan, vəziyyət dahada ağırlaşa bilər. Biz çox ciddi hazırlaşacağıq. Önümüzdə çətin matç var.
- “Dinamo-Minsk” “Neftçi”ni keçə bilməsə, bunu faciə hesab edəcəksiz?
- Bizim üçün istənilən məğlubiyyət faciədi. Qələbə üçün oynayırıq. Biz məğlub olmaq üçün oynamırıq. Əlbəttə, uduzsaq, çox pis olaram. İdmançı qələbə üçün meydana çıxır.
"Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
Avrokuboklar / Manşet






