"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı

22.07.2026 18:45 11
Avrokuboklar / Aktual
"Neftçi" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq. "Ağ-qaralar" ilk oyunda "Dinamo-Minsk" ilə qarşılaşacaq. "Palms Sports Arena"da keçiriləcək oyun saat 20.00-da başlayacaq.

Paytaxt təmsilçisinin avrokubok macərasına azərbaycanlı azarkeşlər böyük maraq göstərir. Bəs, rəqibi səfər oyununda neçə azarkeş dəstəkləyəcək?

Bu sualla "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdik. Klub rəsmisi "Football-plus.az"a açıqlamasında tribunalarda 10 belaruslu azarkeşin olacağını dedi.

KƏNAN BAHADIR