ÇSKA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin səfər oyununda "Qarabağ"la heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, Sofiya təmsilçisinin baş məşqçisi Hristo Yanev oyunsonrası mətbuat konfransında iştirak etdi.
- Nəticəyə görə təbrik edirik. Cavab görüşündən nə gözləyirsiz?
- Bizim üçün bu oyun çox vacib idi. Futbolçular özlərini çox yaxşı gördü. Cavab matçında da belə davam edəcəklər. Bütün futbolçular çox motivasiyalı idi. Onların ailələri də oyuna baxır, izləyir.
- "Qarabağ" "Slaviya"dan daha güclü rəqibdi. Niyə bu gün zəif çıxış etdiniz?
- Hər komandaya hörmətlə yanaşırıq. Hər dəfə planlaşdırdığımız kimi olmur. Sadəcə qarşımızda məqsəd var. Qarşıdakı matçda da qalib gəlmək istəyirik.
- Bolqar jurnalistlər siz zala daxil olarkən, sizi alqışladı, heç-heçəyə görə sizi təbrik etdi. "Qarabağ"la səfərdə heç-heçə sizin üçün bu qədər böyük nəticədi?
- "Qarabağ" çox güclü klubdu. Hər kəs bunu bilir. Biz də bunu başa düşürük. "Qarabağ"ın futbolçuları çox güclüdü. Buna görə də düşünürdülər ki, vəziyyət başqa cür də ola bilər. Bərabərlik bizim üçün yaxşıdı.
- Fasilədə futbolçulara nə dediz?
- "Qarabağ"ın oyunçuları çox güclü oynayırdı. Fasilədə futbolçularıma dedim ki, ehtiyatlı oynasınlar. Danışdıq ki, qol buraxmayaq. Bunların hamısını nəzərə alaraq, hücum da etdik. Amma daha çox qol buraxmamağa çalışırdıq.
- UEFA-nın cəzasına görə, Bakıdakı matçda azarkeşləriniz olmadı. Sofiyadakı görüşdə isə fanatlar öz yerini alacaq. Bu məqam emosional olaraq, sizə nə dərəcədə kömək edəcək?
- Azarkeşlərimiz bizə həmişə dəstəkdi. Bakıda olmasalar belə... Cavab matçında azarkeşlərin dəstəyi olacaq. Onlar bizi irəli səsləyəcək.
- Cavab görüşü haqda fikriniz necədi? O oyuna necə hazırlaşacaqsız?
- Sxemdə dəyişiklklər olacaq. Səhvlərimizi bilirik. Həmin mövqelərdə düzəlişlər ediləcək. Stadion tam dolu olacaq. Cavab oyununa çox ümidliyik. Qalib olacağımıza çox inanırıq.