Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
"Football-plus.az" xəbər verir ki, buna "Neftçi"nin ötən gün Bakıda keçirilən Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Dinamo-Minsk"ə uduzması səbəb olub.
Azərbaycan 20,312 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.
Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdi.