Abubakar "Kəpəz"də

22.07.2026 21:54 25
Ölkə futbolu
"Kəpəz" daha bir futbolçunun transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, Azuma Abubakar “sarı-göylər”in formasını geyəcək. Portuqaliyalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 29 yaşlı forvardın son klubu Avstriya “Lustenau”su olub.

Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyib.