“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç

22.07.2026 15:29 39
Avrokuboklar / Aktual
“Sabah” – KuPS oyunundan sonra meydan sahiblərinin bir neçə futbolçusu jurnalistlərin suallarını cavabladı.

“Football-plus.az” xəbər verir ki, onların arasında polşalı müdafiəçi Timoteuş Puxaç da var idi.

- Matçla bağlı düşüncələrindən başlayaq...
- Yaxşı oynadıq. Çoxlu qol vəziyyəti yaratdıq və vacib qələbə qazandıq. İndi isə cavab görüşünə hazırlaşacağıq.

- Bu qələbə ilə növbəti matçın rahat olacağını söyləmək olar?
- Mən heç bir matça rahat çıxmamışam. Heç “Karvan-Yevlax”la oyunda da da bunu etməmişəm. Çünki bu boksa bənzəyir. Rahat olduğun anda zərbə gələcək.

İSRAYIL XEYRULLAYEV