“Şəfa” daha bir futbolçunu heyətinə qatıb.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi niderlandlı müdafiəçi Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu ölkəsində “Utrext” və “Almere”, Kosovoda isə “Priştina” klublarının formasını geyib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
"Şəfa"da niderlandlı futbolçu
Ölkə futbolu





