Kanadalı forvard Konnor Bedard Beynəlxalq Buzüstü Hokkey Federasiyasının versiyasına əsasən ilin ən yaxşı hokkeyçisi sayılıb.
"Football-plus.az" xəbər verir ki, 17 yaşlı hücumçu MHL-in qarşıdakı draftının favoritidi. Bedard ilə yanaşı, hücumçular Anders Ambül (İsveçrə), Adam Fantilli (Kanada), Dominik Kubalik (Çexiya), Con-Ceyson Peterka (Almaniya), müdafiəçi Morits Zayder (Almaniya) və qapıçı Artur Şilov (Latviya) da mükafata iddialılar sırasında idi.
17 yaşlı hokkeyçi Kanada yığmasının heyətində gənclər arasında dünya çempionluğunu qazanmaqla yanaşı, bu turnirin bombardiri də olub (9 qol, 14 ötürmə). O, həmçinin dünya birinciliyinin ən dəyərli oyunçusu və ən yaxşı hücumçusu sayılıb, medianın ulduzlar komandasının da heyətinə salınıb.
Bedard Qərb hokkey liqasında mübarizə aparan “Recayn”ın heyətində çıxış edir. 2022/23 mövsüçündə müntəzəm çempionatın 57 oyununda 143 (71+72) xal toplamaqla Kanada yeniyetmə hokkeyinin bombardiri olub.