• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ ulduzlarla vidalaşmaq yolunu tutub

Dünya futbolu

27-08-2023, 19:0

Bu yazıda Kilian Mbappe haqda, demək olar ki, heç nə olmayacaq.

"Football-plus.az" xəbər verir ki, sadəcə, faktların konstatasiyası ilə kifayətlənirik: 24 yaşlı forvard PSJ-nin heyətinə dönüb, ötən şənbə Fransa çempionatının 2-ci turunun “Tuluza” ilə oyununda meydana çıxıb, penalti qazanıb və onu qola çevirib. Oyun isə heç-heçə bitib. Vəssalam.

PSJ ətrafında yaşanan son proseslər haqda söhbətə başlamamış, yəqin ki, klub prezidenti Nasser Əl-Xelayfinin ötən ilin iyununda “Le Parisien” nəşrinə verdiyi müsahibədə yer alan aşağıdakı fikirləri istinad nöqtəsi kimi götürməliyik: “Bəlkə də bizə şüarımızı dəyişmək lazımdı. “Böyük hədəfləri arzula” yaxşıdı, ancaq biz hər şeydən əvvəl realist olmalıyıq. Daha qışqıran və parıldayan olmaq istəmirik – bundan sonra heç bir parıltı olmayacaq. Yenidən təvazökar olmalıyıq. Həm meydanda, həm də onun hüdudlarından kənarda intizamlı olmalısız, rahatlığını pozmaq və döyüşmək istəməyənə burda yer yoxdu”.

Mədəyə zərbə
PSJ sonda yenidən çempionluğu qazanmış, titulu Parisə qaytarmışdı. Ancaq yenə də Çempionlar Liqasında heç nə göstərməmişdi. Daha doğrusu, 1/8 finalda 150 dəqiqə ərzində “Real” üzərində dominantlıq etmiş, son yarım saatda Kərim Benzemanın het-trikinə əngəl ola bilməmişdi.
Bu, mədəyə, iştaha güclü zərbə idi. Məhz ondan sonra Fransa mediasında paltardəyişmə otağındakı qruplaşmalar, Neymarın məşqlərə yarısərxoş halda qatılması ilə bağlı yazılar yer almağa başladı. Əl-Xelayfinin məhz həmin ərəfədə verdiyi müsahibə əslində komandanın sonrakı həyat və fəaliyyəti üçün proqram rolunu oynaya bilərdi.

Kampuş və Qaltye
Bəyanatdan gerçəkləşməyə qədər olan yol praktikada, adətən, uzun sürmür. PSJ-də də belə oldu. Ötən yay “Park de Prens”ə 2010-cu illərin ortalarında “Monako”dakı işi ilə imic qazanan Luiş Kampuş idman direktoru, “Lill”i 2021-də çempion edən Kristof Qaltye isə baş məşqçi kimi qədəm qoydu. Bu bəyanatlar belə məna verirdi: görürsüzmü, biz o qədər də parlaq olmayan, amma yaxşı oyunçularla işləmək bacarığı olan meneceri və qlamur olmayan, ancaq qayda-qanun yaratmağı bacaran mütəxəssisi götürdük.

Məhz onda Parisi Di Mariya, Draksler, Errera kimi veteranlar, komandada gerçəkdən vacib fiqura çevrilə bilməyən Paredes və Viynaldum tərk etdi. Meydanın mərkəzi ilə bağlı yenidənqurma, ümumiyyətlə, ötən yayın əsas mövzusu idi: gedənlərin əvəzinə Ruis, Soler və Vitinya gəldi. Renato Sanşeşin karyerasını dirçəltmək cəhdi də oldu, ancaq bu ideya boşa çıxdı və AÇ-2016-nın qəhrəmanlarından biri “Roma”ya yollandı.

Ruis, Soler və Vitinya maraqlı, keyfiyyətli oyunçulardı, ancaq onlardan heç biri superulduz statusuna uyğun gəlmir. Hətta Parisə bir il əvvəl gələn Viynaldum belə onlardan daha ulduz futbolçu idi. Niderlandlı Çempionlar Liqasını qazanmışdı, “Liverpul”un çempion heyətinin əsas fiqurlarından sayılırdı.

Kimlər gəlib?
Hər halda, Messi, Neymar və Ramos da onda hələ komandada idi. Bura yəqin Mbappeni də əlavə etmək olar. Ancaq onun əhvalatı qarışıq-dolaşıqdı, siyasətlə də əlaqəsi var. Heç Qaltyeyə bəslənilən ümidlər də doğrulmadı. Belə görünür ki, 56 yaşlı mütəxəssis sona qədər hara gəlib düşdüyünü anlamadı, yazdakı ksenofob açıqlamalarıyla isə lap gözdən düşdü.

Ancaq deqlamurlaşma kursu davam etdirildi. Neymar, Messi və Ramos getdi, yeni transferlər sırasına Uqarte (22 yaş), Eikitike (21), Li Kan İn (22), Qonsalo Ramuş (22) düşdü. Bəli, heyətdə Şkrinyar və Asensio kimi təcrübəlilər, 2018-in dünya çempionları – Ernandes və Dembele də var, ancaq bu daha “parlayan və qışqıran” komanda deyil.

Maraqlıdı ki, bütün bu proseslər PSJ-yə də sahib olan Qətərin dünya çempionatını keçirməsi ilə üst-üstə düşdü. Aydın məsələdi ki, Paris layihəsi də bütün bu illər ərzində mundialın piar-aksiyasının bir qolu olub. İndi artıq Messi və ya Neymar tipli fiqurları Fransa paytaxtında saxlamağın mənası yoxdu. Yox, oyunçu keyfiyyətli baxımından demirik, sadəcə, Qətər dövləti daha buna ehtiyac duymur. PSJ-nin marketoloqları son onillikdə klubu qlobal brendə çevirmək yönündə böyük işlər görüb, indi isə artıq inkişaf vektorunu bir qədər dəyişmək olar.

İspaniya yığması kimi

Amma bütün bu dediklərimiz yaxşı nəticələrə nail olmaq zərurətini aradan qaldırmır. Ölkə çempionatının ilk iki turundakı iki heç-heçə, əlbəttə, faciə deyil. Ancaq bəzi məqamlar narahatlıq doğurur. Komanda “Tuluza” ilə oyunda 76 faiz topa sahib olub, 767 ötürmə verib. Zahirən tam dominantlığa işarədi. Sadəcə, parislilər yalnız standart vəziyyətlər hesabına hansısa təhlükə yarada bilir. Meydandakı oyun bəzən o qədər yorucu və bezdirici olur ki, adamı yuxu basır. Müdafiəçilərin, bəzən hətta dayaq xavbeklərinin bir-birinə verdiyi ötürmələrin sayı-hesabı yoxdu. Bəs bu məqam sizə heç nəyi xatırlatmır? Dərhal DÇ-2022-də çıxış edən İspaniya yığması yada düşür. Onda Luis Enrikenin çalışdırdığı “qırmızı furiya” Kosta-Rikanı darmadağın edəndən sonra “dişsiz” komanda təsiri bağışladı. İndi isə Luis Enrike ideyalarını həyata keçirmək üçün daha geniş imkan və daha çox vaxt qazanıb. Yığmada futbolçular ayda-ildə bir dəfə bir araya gəlirsə, klubda daim onun sərəncamındadılar. İstənilən halda, yeni PSJ layihəsi daha cəldedici görünür, nəinki pula və ulduzlara söykənən son illərin layihəsi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Yazarlar

1-07-2022, 18:0

Neymar PSJ-dən incikdi - TƏHLİL

Dünya futbolu

19-10-2022, 19:0

Mbappe PSJ-dən ayrılması haqda danışdı

DÇ 2026

26-11-2022, 23:0

Mbappe bu 3 əfsanəni geridə qoydu

Dünya futbolu

12-07-2023, 14:0

Mbappenin bu yay “Real”a keçidi qaçılmazdı

Dünya futbolu

21-08-2022, 18:0

PSJ-də Mbappe problemi

Maraqlı

7-03-2023, 16:0

Mbappe 100 milyona çatdı

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 186
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə